Şrift:
Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları memorandum imzalayıblar
23.02.2012 [16:53] - İqtisadiyyat
Azərbaycan və Aktobe vilayətinin ticarət-sənaye palataları Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Sənədi Azərbaycan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Aktobe vilayəti Ticari-Sənaye Palatasının sədri Abay Mırxin imzalayıblar.
Biznes forumda 100-dən çox iş adamı iştirak edir. Qazaxıstan nümayəndə heyətinə Aktobe vilayətinin başçısı Arximed Muxambetov rəhbərlik edir.
Qeyd edək ki, Aktobe vilayətinin Azərbaycanla mal dövriyyəsi 40 milyon dolları ötür ki, bu da vilayətin xarici ticarət tərəfdaşları arasında üçüncü yer deməkdir.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed