Şrift:
Səhiyyə Nazirliyi 110 addan çox dərmanla bağlı nöqsan aşkarlayıb
16.06.2016 [11:29] - Gündəm, Sağlıq
Aparılan araşdırmalar nəticəsində son 10 gün ərzində 110 addan çox dərman vasitəsinin ölkəyə idxalı zamanı içlik vərəqəsi və ya qablaşdırma ilə bağlı uyğunsuzluqların olduğu aşkar edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib.

Onun sözlərinə görə, nöqsanlar əsasən dərman vasitəsinin qablaşdırmasının dövlət qeydiyyatından keçən formaya, içlik vərəqəsinin isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi formaya uyğunsuzluğu, bəzi hallarda içlik vərəqəsində əks olunan məlumatların Azərbaycan dilində deyil digər dillərdə olması ilə əlaqədar olmuşdur.

Mərkəzin direktoru artıq Mərkəz tərəfindən qanunvericiliyə görə içlik vərəqəsində göstərilməli olan məlumatların ardıcıllığı nəzərə alınaraq içlik vərəqəsinin nümunəsinin hazırlandığını və 13 iyun tarixindən etibarən istifadəyə veriləcəyi, həmçinin müzakirə olunan məsələlərlə bağlı şirkətlərə xəbərdarlıq məktubunun göndəriləcəyini bildirmiş, ümumilikdə sözügedən sahədə yaranan problemlərin həllində birgə fəaliyyət göstərməyin əhəmiyətini iştirakçıların nəzərinə çatdırıb.

M. Süleymanov qeyd edib ki, son 6 ay ərzində mövcud qanunvericiliyin aktuallaşdırılması, yeni hüquqi-normativ sənədlərin hazırlanması, işçi heyətin bilik və bacarıqlarının artırılması, "bir pəncərə xidməti"nin tətbiqi, Dərman vasitələrinin keyfiyyətinə nəzarət laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi və s. bu kimi bir sıra tədbirlər görülmüşdür.Bununla yanaşı ölkənin dərman bazarında qıtlıq yaranmasının qarşısının alınması məqsədilə dərman vasitələrinin istər dövlət qeydiyyatı, istərsə də idxalı zamanı yaranan çətinliklər aradan qaldırılmış, mövcud prosedurlar daha da sadələşdirilmişdir.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed