Şrift:
Tovuzçayın daşması erməni təxribatıdır?
17.06.2016 [15:34] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Tovuzda qısamüddətli yağışın ardından Tovuzçayda təhlükə yaranıb.

Region TV məlumat verir ki, qarşısına keçəni apara biləcək gücdə olan çay Əlibəylidə təxminən 20 il öncə belə axıb.

Dünən axşam saatlarında bir neçə sakinin həyətyanı sahəsini sel yuyub. Çayın yaxınlığında fəaliyyət göstərən kafenin bir hissəsi, piyadalar üçün tikilən 2 körpü dağılıb. Su nasosları, 2 artezian quyusu yararsız hala düşüb. Kəndə elektrik enerjisinin verilişi dayandırılıb.


Çaylarımızda təhlükəli daşqınların baş verməsinə səbəb nədir?
Sakinlər bildirirlər ki, çayda suyun bu qədər artması ermənilərin növbəti təxribatıdır. Mənfur qonşularımız yüksəklikdə olan su anbarından Tovuzçaya həddindən artıq su buraxaraq belə xoşagəlməz vəziyyət yaradırlar.
Çayın suyunun qoxulu və bulanıq olması ekologiyaya da zərərli hesab edilir. Kənddəki vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Sakinlər, daha öncə də müşahidə edildiyi kimi, düşmən tərəfindən partlamamış hərbi sursatların çayla kənd ərazisinə axıdılmasından ehtiyat edirlər.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed