Şrift:
Güney Azərbaycan Xəbərləri
24.02.2012 [14:44] - Gündəm
“Təbriz - Qarabağ Cəmiyyəti”nin Xocalı faciəsiylə bağlı Prezident Ilham Əliyevə MÜRACİƏTİ
Güney Azərbaycan Xəbərləri





Uca Allahın adı və yadıyla

50 milyonluq Azərbaycan türklərinin prezidenti
Cənab İlham Əliyevə

Cənab Prezidentimiz!

Sizin apardığınız siyasəti yaxından izləyir, hər zaman atacağınız hər bir addımın yanlış olmadığına və qərarlı olduğuna inanırıq. Sizə bildirmək istəyirik ki, biz dünyada yaşayan Azərbaycan Türklərinin ən böyük hissəsi olan 35 milyonluq Güney Azərbaycan türkləri olaraq özümüzü Bütöv Azərbaycanın vətəndaşları hesab edir, Iran adlanan ölkənin Ermənilərlə apardığı dostluq, qardaşlıq siyasətini şiddətlə qınayır, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər bir fürsətdə buna qarşı etirazlarımzı bildiririk. İran dövlətinin apardığı siyasət bizi nə qədər assimilyasiya etməyə çalışsa da, hamı İranlıdır. Türk, fars, bəluc, kürd və s. adında bir millət olmadığını, sadəcə iranlı adında toplum siyasətini bizə nə qədər aşılamağa çalışsalar da buna nail ola bilmədilər.Və buna sübut bu gün Güney Azərbaycanın milli kimliyi uğrunda mübarizə aparan yüzlərlə qandaşlarımız həbsxanalarda işgəncələrə məruz qalsalar da öz mübarizələrindən dönmürlər.

Cənab Prezident!

Sizə bildirmək istəyirik ki, Biz 35 milyonluq Güney Azərbaycan türkləri olaraq Qarabağ yarasını öz yaramız bilir, Xocalıda əsir düşən ana, bacılarımızın qisasını alacağımız günü səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan!

Qarabağda verəcəyiniz hərbi qərarda tək 9 milyonu yox, 35 milyonluq Güney Azərbaycan türklərinin də arxanızda olacağına güvənin. Biz Torpaqlarımızı erməni daşnaklarından təmizləməyi özümüzə şərəf bilir, torpağımzı döyüşərək azad edəcəyimiz günü gözləyirik. Qalibiyyət günümüz uzaqda deyil.

Gələcək bizimdir!



Güney Azarbaycan,
“Təbriz - Qarabağ Cəmiyyəti”
24 fevral 2012-ci il

Təbrizli vəkilin 6 illik həbs cəzasını yuxarı məhkəmə təstiq etdi
Güney Azərbaycan Xəbərləri






Təbrizli vəkil Cavid Hutəni Kiyan ki, Səkinə Məhəmmədi Aştiyaninin difa vəkilidir, 6 il həbs cəzası aldı. Bu hökm onun etirazından sonra Şərqi Azərbaycanın Ali məhkəməsinin verdiyi qərardır. Ən son qərarı isə Tehranda yerləşən Ali məhkəmə verəbilər.
Nağı Məhmudi digər Təbrizlı difa vəkilidir ki, İrandan qaçmaq məcburiyyətində qalıb. O. Cavid-in yeni və Ali Məhkəmə tərəfindən təsdiqlənən həbs hökmünə göra HRANA- xəbər agentliyinə deyib: “Cavid Hutən bir müddət əvvəl Təbrizin İnqilab məhkəməsinin birinci şöbəsi tərəfinfən bir il həbs cəzası almışdı.
Məhmudi əlavə edib ki, Cavidə, Təbrizin 101 nümrəli Umumi Məhkəməsi 5 il həb cəsası vermişdi. Nağı Məhmudi İran Azərbaycanı və İran Kürdlərindən məhkəmələrdə difa edən Təbrizli vəkil dir ki 80-dən çox siyasi və mədəni falı pul almadan müdafiyə etmişdi.
Nağı Mahmudi Amerikanın səsinin Azərbaycan dili şöbəsinə verdiyi müsahibədə iddia etmişdir ki, bir dəfə və təsadüf üzərə Cavid Hutəni Kiyani məhkəmədə görmüşdü və onun duruşundan və apardığı qısa söhbətdən anlamışdı ki, Cavid çox ağır şəkildə işkəncə olub.
Nağı sonra, Cavidin müdafiəsini öhdəsinə almaq məqsədilə onla zindanda görüşüb və onun yazdıqlarından öyrənib ki, onun həyat yoldaşı və balaca uşağını təhdid ediblər, özünün əllərini, ayaqlarını və cinsi orqanlarını siqaret ilə yandırıblar, dişlərini, burnun sındırıblar və habelə Təbrizin soyuq qış havasında, onu soyuq havada saxlayıb və işkəncə veriblər.”
Xəbərlərə əsasən, bu son zamanlarda Cavid, Təbrizin Mərkəzi Zindanının Mali məhbuslar hissəsindən narkotik (müxəddirə) maddələrlə bağlı hökm verilmiş məhbusların hissəsinə yerləşdirilib. Nağı Məmudi iddia edir ki, zindanın məqamları onla ilgi quran məhbusları cəzalandırırlar və ayiləsi ilə də əlaqə saxlamağa imkan vermirlər.
Cavid Hutəni Kiyan, Məhəmməd Mustafayi ilə birlikdə Səkinə xanim Məhəmmədi Aştiyaninin difa vəkiliyi.
Mustafayi İrandan qaçandan sonra, Səkinə xanımın oğlu Cavidin ofisində iki Alman jurnalistlə görüşərkən onlar İranın əmniyyət məmurları tərəfindən tutuldular. Cavid və hər iki Alman jurnalist ciddi ittihamlarla qarşılandılar. Cavid “Casusluq”, “ölkə ziddinə əmniyyəti pozmaq məqsədilə toplaşmaq” və “İran ziddinə təbliğat”la ittiham edilir.
Almanyali jurnalistlərin hərəsi 20 ay həbsə cəzasına məhkum oldular amma Alman rəsmilərilə İran rəsmiləri arasında geçən müzakirələr əsasında və bir müddət həbsdə qalandan sonra azad oldular.
Səkinənin oğlu Səccad Qadirzadə-də bir müddət sonra azad oldu və təkcə Səkinənin İranda qalan və tutulan difa vəkili Cavid Hutəni Kiyan 6 il həbsə məhkum oldu.
AB-dən İran və Suriyaya Yeni Sanksiyalar
Avropa Birliyi, Suriya və İranın maliyyə qaynaqlarını hədəf alan yeni sanksiyalara hazırlanır.Avropa Birliyi Xarici işlər Nazirlərinin ilk hədəfi, aralıqsız hər gün qırğın xəbərləri gələn Suriya İkinci hədəf də İran.
Xarici işlər nazirlərinin yığıncaqda Suriya mərkəz bankının aktivlərini qismən dondurması və bu ölkəyə hava yükünü qadağan etməsi gözlənilir.
Avropa Birliyi ilə Suriya arasında qızıl və qiymətli mədənlərin ticarətinin dayandırılması da variantlar arasında.Suriyanın ən əhəmiyyətli ixrac qələmlərindən fosfat ixracatı isə, üzərində görüşbirliği təmin edilə bilmədiyi üçün, masada olmayacaq.
İkinci hədəf də İran...Tahrana istiqamətli ən ağır sanksiya, beynəlxalq bankçılıq əməliyyatlarına vasitəçilik edən Belçika mərkəzli quruluşun İranı xidmət siyahısından çıxartması olacaq.Kulislerde bəkləndirilən bu sanksiyaların, Xarici işlər Nazirləri yığıncağında tam uzlaşmaqla qəbulunun ardından dövrəyə girməsi gözlənilir.

Beynəlxalq Böhran Qrupu İranla bağlı hesabat yayıb
Güney Azərbaycan Xəbərləri




“İrana hərbi müdaxilə məsələsi aktuallığa çevrilir və yaxın gələcəkdə bu ölkəyə hücum ola bilər”

“Qərb İranla münaqişənin aradan qalxması üçün Türkiyə təcrübəsindən yararlanmalıdır”

Mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) “Ağır sularda: İranın nüvə proqramı, döyüş riski və Türkiyədən dərslər” adlı hesabat yayıb.

Sənəddə bildirilir ki, hazırda İsrail İranı hədəfə alıb və dünya ictimaiyyətinə də bu ölkəyə nüvə proqramını dayandırması üçün təzyiqlərini artırıb: “İsrail İranın nüvə proqramını region və dünya üçün ciddi bir təhdid sayır. İranın atom bombası istehsal etmək niyyətində olduğu ehtimal edilir. Ona görə də İrana hərbi müdaxilə məsələsi aktuallığa çevrilir və yaxın gələcəkdə bu ölkəyə hücum ola bilər. Qərb dövlətləri bir tərəfdən İsraili sakitləşdirməyə çalışarkən, digər tərəfdən də iqtisadi sanksiyaları ağırlaşdırır. Ancaq buna baxmayaraq, İranın geri addım atmasının çox çətin olduğu görünür. Əksinə, bu yanaşmanın tərəflər arasında qarşıdurmaya gətirib çıxaracağı ehtimalı artır”.

Hesabatda qeyd olunur ki, tərəflər arasında yenidən başlayacaq kimi görünən müzakirələr hər hansı bir qarşıdurmanın baş verməsinin qarşısını ala bilər: “Bunun reallaşması üçün yeni bir zehniyyətə təcili ehtiyac duyan beynəlxalq ictimaiyyətin Türkiyənin təcrübəsindən dərs alması və fərziyyələrini sınaqdan keçirməsi yaxşı olardı. Biz hesab edirik ki, İran aktiv şəkildə müzakirələrə qatılmalı, “altılıq”la danışıqlarda rəsmi Tehranın özünə yaxın bildiyi bəzi ölkələrin də iştirakı təmin edilməli, iqtisadi sanksiyaların ən yaxşı ehtimalla faydasız, ən pis ehtimalla isə zərərverici olduğu qəbul edilməli və İrana həqiqi təkliflər təqdim olunmalıdır”.

Sənəddə İrana qarşı sanksiyalar və ya hərbi müdaxilə variantları əvəzinə, Türkiyə və Braziliyanın bu ölkə ilə 2010-cu il mayın 17-də Tehran bəyannaməsinin imzalanması ilə nəticələnən müzakirələrinin nümunə götürülməsi istənilir: “Bütün ümidlərin tamamilə sanksiyalara bağlanması riskli bir vəziyyəti meydana çıxarır. İranı nüvə fəaliyyətlərini azaltmaq mövzusunda razı sala bilməmək ehtimalı yüksəkdir. Bu vəziyyətdə ABŞ özünü yüksək xərc tələb edən və nəticələri naməlum olan bir müharibənin astanasında görə bilər. Ancaq Türkiyə olduqca fərqli bir fikri müdafiə edir. Sanksiyalara son dərəcə şübhə ilə yanaşır və hərbi müdaxilə variantını qəbul etmir. İranla problemin diplomatik yolla çözüləcəyinə inanır və bu ölkənin uranın zənginləşdirilməsi haqqının qəbul edilməsini vacib sayır. Türkiyə Rusiya və Çin kimi sanksiyaları daha da sərtləşdirmək əvəzinə, dialoq tərəfdarıdır. Türkiyə qonşuluq əlaqələrinə görə İranı yaxşı tanıyır və bu ölkənin ikiqütblü dünya nizamını rədd edən anlayışı ilə uyğunlaşa bilər. Bu, nüvə silahlarına sahib bir İrana müsbət yanaşdığı kimi məna daşımır. Lakin kimin nüvə silahına sahib olub-ola bilməyəcəyinə Qərbin diktə edə bilməyəcəyi fikrinə daha mülayim yanaşır. İranın nüvə proqramı mövzusunda daha az təlaşlı və nüvə silahlarına sahib bir İran ehtimalının həm uzaqda, həm də naməlum olduğuna inanır”.

Hesabatda vurğulanır ki, Türkiyə və Braziliyanın Tehran bəyannaməsi ilə nəticələnən cəhdinin Qərb dövlətləri tərəfindən tələm-tələsik rədd edilməsi əhəmiyyətli bir fürsətin qaçırılması kimi qiymətləndirilməlidir: “Ona görə də İranın “altılıq”la görüşə razı olduğu indiki vəziyyətdə daha yeni bir diplomatiya fürsəti qaçırılmamalıdır. Qərb dövlətləri Türkiyənin ssenarisindən ilham alaraq həqiqi təşəbbüs göstərməlidirlər”.

BBQ-nin Türkiyə üzrə direktoru Hugh Popa isə bildirib ki, Türkiyə İran və ABŞ arasında 30 illik güvən problemini həll edə bilməz: “Amma yeni düşüncə ehtiyacı içində olan beynəlxalq ictimaiyyət rəsmi Ankaranın Tehranla ən yaxşı təmas qura bilmək üsullarını sınayaraq faydasını görə bilər”.

Senator Con Makkeyn: İsrail İranla bağlı özü qərar verməlidir

Güney Azərbaycan Xəbərləri



“ABŞ və İsrail arasında İranla bağlı fikir ayrılığı var”. Bu barədə fikri amerikalı senator Con Makkeyn bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında İranla necə rəftar ediləcəyi barədə gərginlik mövcuddur: “Ancaq ABŞ və İsrail müttəfiq ölkələrdir. Ona görə də belə anlaşılmazlıqlar ortaya çıxmamalıdır”. C. Makkeyn deyib ki, İsrail İranın bu ölkənin təhlükəsizliyinə xələl gətirəcək təhdidləri barədə özü qərar verməlidir: “Rəsmi Təl-Əviv beynəlxalq təzyiqlər olmadan Tehrana veriləcək cavabın üsulunu və şiddətini təyin etməlidir. Əgər mən bir İsrail vətəndaşı olsaydım, dövlətimin mövcud vəziyyətlə bağlı qiymətləndirmələrini digər dövlətlərin analiz və qiymətləndirmələrindən daha çox qəbul edərdim”.
Amerikalı senator vurğulayıb ki, İranın nüvə proqramını davam etdirməsi dünya və region üçün olduqca ciddi təhdiddir və münaqişə ilə nəticələnə bilər: “Bu davranışı ağıllı bir hərəkət kimi xarakterizə etmək çox çətindir”.

MAQATE İranla danışıqları davam etdirməkdən imtina edib
Güney Azərbaycan Xəbərləri





İranla danışıqların davam etdirilməsi planlaşdırılmır. Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE) direktorunun nümayəndəsi Cil Tüdor bu barədə məlumat verib.Bununla o İranın MAQATE yanındakı nümayəndəsi Əli Əsğər Soltaniyyənin danışıqların davam etdiriləcəyi barədə sözlərini təkzib edib.«İranın paytaxtında keçirilmiş 2 tur danışıqlar havayı vaxt itkisi idi. Bizim Parçin obyektini yoxlamaq barədə sorğumuza iki dəfə rədd cavabı verildi», deyə Cil Tüdor bəyan edib.

İranlı ruhani hicab məsələsi və peyk antenaları ilə bağlı maraqlı çıxış edib
Güney Azərbaycan Xəbərləri







Qum dini dairəsinin axundu Seyid Məhəmmədəli Ayazi jurnalistlərə açıqlamasında hicab məcburiyyəti və peyk antenalarına qoyulan qadağadan danışıb.axund deyib ki, bir şeyə qoyulan qadağa ona marağı qat-qat artırır və bu qadağaların mənası yoxdur: “Hazırda ölkədə peyk antenalarına qadağa qoyublar. Bunun üçün bir sıra ruhanilərin təsdiqini də alıblar. Halbuki peyk antenalarına qadağa qoyulması barədə hüquqi sənəd yoxdur. Belə üsullar yalnız insanda qadağan olunmuş şeyə marağa artırır. Şəxsən mən iki televiziya kanalı tamamilə seksə həsr olunmuş Türkiyə əhalisini İran əhalisi ilə müqayisədə əxlaq prinsiplərinə daha sadiq gördüm. Bu gün Türkiyə kimi ölkələrdə hicaba maraq gündən-günə artır, İranda isə hətta mömin və dindar ailələrdə bu maraq getdikcə azalır. Bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyətdə vəzifə sahibi olanların ailələrində də dövlət teleradiosundan yayılan xəbərlərə etibar etmir, gedib xəbərləri xarici media və televiziyalardan alırlar. Dövlət teleradio rəsmiləri öz aralarındakı xüsusi iclaslarda bunu etiraf edir, mövcud vəziyyətdən narahat olduqlarını dilə gətirirlər”.

İRANIN İLK PREZİDENTİ XALQI PARLAMENT SEÇKİSİNİ BOYKOT ETMƏYƏ ÇAĞIRDI
Güney Azərbaycan Xəbərləri






İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr xalqa müraciət edib. “Media forum” saytının məlumatına görə, Əbülhəsən Bənisədr xalqı bu ilin martında keçiriləcək parlament seçkisini boykot etməyə çağırıb.
Bənisədr islam inqilabından bir il sonra - 1980-ci ilin fevralında ölkə prezidenti seçilib. Ancaq az sonra onunla İslam Respublikası Partiyasının üzvləri və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni arasında ixtilaflar yaranıb. Əbülhəsən Bənisədr 1981-ci il iyunun 21-də impiçment yolu ilə prezident postundan uzaqlaşdırılıb. Bundan sonra o, Fransaya mühacirət edib.
Bənisədr Fransadan ünvanladığı müraciətində İran xalqını keçmişdən dərs almağa çağırıb: “Əziz həmvətənlərim! İki il əvvəl prezident seçkisi keçiriləndə sizə xəbərdarlıq etdim ki, seçkiyə qatılsanız, vəziyyətiniz dörd il ərzində daha da pisləşəcək. Belə də oldu. Siz seçkidəki böyük saxtakarlığı öz gözlərinizlə görüb hərəkata başladınız. Lakin bunun bir nəticəsi olmadı. Bugünkü durumunuzu iki il əvvəllə müqayisə edin. Görün ölkənin iqtisadiyyatı nə gündədir. Bir dollar olub 2 min tümən, işsizlik baş alıb gedir, həyat daha da çətinləşib, bahalıq dözülməz həddə çatıb, iqtisadi çətinlik artıb, xarici sanksiyalar və təhdidlər ölkəyə sərmayə qoyuluşunu, demək olar ki, qeyri-mümkün edib.
İctimai vəziyyətə baxın. Problemlər, zorakılıq hər yeri bürüyüb. Bu zorakılıq artıq insanlar arasındakı münasibətlərə də təsir göstərir. Bir özünüzdən soruşun ki, bəs hanı o mənəviyyat? Vaxtilə İran əxlaq ölkəsi idi. İslama qədərki dövrdə də, sonrakı dövrdə də əxlaq və nəsihətnamə mövzusunda kitabların çoxu bu torpaqlarda yazılıb. Bəs indi hanı o əxlaq? Hanı o mənəviyyat? Hanı o mənəvi insan?
Ölkənin siyasi durumuna baxın. Siyasi atmosferi boğanaq içində saxlayaraq birabırçı bir seçki keçirmək istəyirlər. Bu seçki rejimin bundan əvvəl keçirdiyi seçkilər içində ən biabırçısı olacaq. Rejim təbliğat aparır ki, seçkiyə qatılmasanız, xarici qüvvələr, o sıradan Amerika və İsrail İrana hücuma keçəcək. Halbuki məsələ tam əksinədir. Seçkiyə qatılmamaqla müstəqil şəxsiyyətə, azad düşüncəyə malik olduğunuzu, öz müqəddəratınızı təyin etmək istədiyinizi, bu ölkənin əsl vətəndaşı olduğunuzu dünyaya sübut edin, rejimi istəmədiyinizi nümayiş etdirin. Ölkəyə xarici hücumun qarşısını məhz bu yolla almaq olar”.
Bu xəbər oxucular tərəfindən 1605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed