Şrift:
CHP Ermənistanla PKK terrorçularının hərəkətində fərq görmür
25.06.2016 [00:32] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanın Azərbaycanla danışıqlar fonunda təmas xəttinə hərbi texnika cəlb etməsi strategiyası PKK terror təşkilatının fəaliyyətindən fərqlənmir.

Türkiyənin "Anadolu" agentliyinın verdiyi məlumata görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz deyib.

Onun sözlərinə görə, PKK güc toplamaq və silah əldə etmək üçün sülh danışıqlarından istifadə etdi.

Ö.Yılmaz ümid etdiyini bildirib ki, Ermənistan təmas xəttinə ordunu cəlb etməklə ondan müharibəyə hazırlıq qismində istifadə etməyəcək.
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed