Şrift:
Təbriz Şəhər Şurasının zindandan azadlığa buraxılmış üzvü Şuranın iclasında qatılıb
28.06.2016 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasının zindandan yenicə azadlığa buraxılmış üzvü saxlanılma səbəbi və ona qarşı irəli sürülən ittihamlarla bağlı çıxış edib.
2.5 ay saxlanıldıqdan sonra son günlərdə azadlığa buraxılan Əkrəm Həzrəti iyunun 26-da Təbriz Şəhər Şurasının keçirdiyi iclasa qatılıb. “Bu müddətdə mənimlə bağlı anlaşılmazlıq olmuşdur. Mən bununla əlaqədar Şəhər Şurasının iclaslarına qatıla bilmirdim. Ümid edirəm ki, bu məsələ dəqiq araşdırmalardan sonra öz həllini tapacaq”- deyə Şura üzvü iclasdakı çıxışında qeyd edib.

Ə.Həzrəti onun vəziyyəti ilə maraqlanan bütün rəsmi və qeyri-rəsmi şəxslərə xüsusi təşəkkürünü bildirərək elavə edib ki, “Bu hadisə Allahın bir sınağı idi və heç şübhəsizki bunda bir hikmət var. Ümid edirəm ki, irəli sürülən bütün ittihamlar geri alınacaq və biz alnıaçıq şəkildə xalqın qarşısında durub və “biz sizə heç vaxt xəyanət etmərik” sözünü deyə biləcəyik.”

Qeyd edək ki, Təbriz Şəhər Şurasında yaşanan böhran və Şura üzvlərinin yaxalanması ilə bağlı müxtəlif iddialar var. Ölkə rəsmiləri yaxalanan şəxsləri rüşvətxorluq və korrupsiyada günahlandırır, lakin qeyri-rəsmi mənbələr onların İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəzi layihələrinə qarşı çıxdıqları və bu səbəbdən yaxalandıqlarını iddia edirlər.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed