Şrift:
İstanbul teraktından sonra Azərbaycanın nəqliyyat sistemində təhlükəsizlik gücləndirilib
29.06.2016 [11:04] - Gündəm, Sosial
İstanbulun Atatürk Hava Limanında baş verən son terror hadisəsindən sonra Azərbaycanın aeroport, dəmir yolu və avtovağzallarında təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, daxili prosedurlara uyğun olaraq Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib. P.Kəsəmənski qeyd edib: "Terminallara giriş zamanı nəzarət gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır".

Eləcə də ölkənin dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, rəhbərlik qatarların, dəmir yolları vağzalları və dəmir yolları körpüləri ərazisində nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul edib.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed