Şrift:
Azərbaycan millisi Sinqapur yığması ilə bərabərə qaldı
25.02.2012 [13:08] - İdman
Dünən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirib.
Matçın 15-ci dəqiqəsində Rauf Əliyevin qolu ilə millimiz önə keçib. Birinci hissə 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Oyunun ikinci hissəsi daha maraqlı olub. 63-cü dəqiqədə Mahir Şükürov Sinqapur yığmasının qapısından 2-ci topu keçirib.
73-cü dəqiqədə İşak qapımıza təyin edilən penaltidən yararlanmaqla hesab arasındakı fərqi azaldıb. Son dəqiqələrdə isə sinqapur futbolçuları bərabərlik topunu vurmağı bacarıblar (2:2).
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed