Şrift:
Təbrizdə Cəfər Cavadpurun məhkəmə iclası keçirilib
30.06.2016 [03:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 28-də “Traxtur” və “Siyah Cameqan” komandalarının yarışı zamanı tutulan fəallardan birisinin məhkəmə iclası keçirilib.
“Araz News”un yaydığı məlumatda bildirilir ki, Cəfər Cavadpurun ittihamlarına Təbrizin 2 saylı Cəza Məhkəməsinin 116-cı Şöbəsində baxılıb. Fəal məhkəməyə müraciət etdikdən sonra ona bildirilib ki, məhkəməyə gəlməsinə ehtiyac yoxdur, hakim istərsə qiyabi olaraq da hökm çıxara bilər.
Məlumata görə, fəal ümumi asayişi pozmaq və məmura itaətsizlikdə ittiham olunub.
C.Cavadpur 2015-ci il noyabrın 20-də “Traxtur”la “Siyah Cameqan”ın görüşü zamanı Təbrizin səhənd stadionunda onlarla fəalla birlikdə yaxalanıb və Polis İdarəsinin “Saib” bölümünə aparılıb. Fəallar, “Traxtur” tərəfdarları məlum “Fitilə” verilişinə qarşı şüar səsləndirdikləri zaman təhlükəsizlik qüvvələrui tərəfindən tutulub.
Son günlərdə Təbriz məhkəməsində C.Cavadpurla birlikdə yaxalanan 26 fəalın da ittihamlarına baxılıb.
C.Cavadpur yaxalandığı zaman və bir neçə gün müvəqqəti saxlandığı müddətdə təhlükəsizlik qüvvələri tərəfindən döyülmüşdür.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed