Şrift:
Mehdi Kuxiyan təhdid olunduğunu bildirir
30.06.2016 [03:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rejimin təcridxanasından yenicə azadlığa buraxılan azərbaycanlı fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən təhdid edilib.
Bu barədə Mehdi Kuxiyan öz Facebook səhifəsində məlumat yayaraq son bir neçə gün ərzində dəfələrlə təhdid olunduğunu bildirib.

Azərbaycanlı fəal, barəsində uydurma dosyenin yaradılmasına dair yayılan xəbərləri də təsdiqləyib. O bildirib ki, onun barəsində həqiqəti olmayan dosye yaradılır, o bu səbəbdən kəskin təzyiqlərə məruz qalıb və ciddi ittihamlarla üzləşə bilər.

Qeyd edək ki, iyunun 21-də Məlikanda ETTELAAT məmurları tərəfindən tutulan M.Kuxiyan iyunun 26-da 20 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

M.Kuxiyan 4000-dən çox üzvü olan “Məlikan xəbər şəhəri” Teleqram kanalının müdiridir. O Teleqram kanalında Məlikan Şəhər Şurası və Bələdiyyə İdarəsində rüşvətxorluq və mənimsəmə hallarını ifşa edib. Mövzu ilə bağlı Məlikandan etibarlı bir mənbə GünAz TV mətbuat mərkəzinə bildirib ki, Məlikan Şəhər Şurasının üzvləri fövqəladə iclas keçirərək M.Kuxiyanın dosyesini siyasiləşdirmək istəyiblər.

M.Kuxiyan bundan öncə də azərbaycanlıların demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed