Şrift:
Urmiyəli kinorejissorun “Ağı” filmi Amerikada nümayiş etdiriləcək
30.06.2016 [03:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyəli kinorejissor (kargərdan) Yusif Kargərin “Ağı” filmi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Middlebury Festivalının qısametrajlı filmlər kateqoriyasında müsabiqədə nümayiş etdiriləcək.
ABŞ Middlebury yeni kinoçular festivalının ikinci müsabiqəsinə yol tapan film, Urmiyə Gənclər Kinoteatr Qurumunun istehsalıdır. Film müxtəlif ölkələrdən olan seçilmiş əsərlərlə yarışacaq.
Festivalda birinci vəya ikinci filmlərini təqdim edən kinoçular və onların əsərlərinə üstünlük verilir. Filmlər uzun hikayə, uzun metrajlı və sənədli, qısa hikayə və qısa animation kateqoriyalarında rəqabət aparacaqlar.
Festival avqustun 25-dən 28-dək ABŞ-ın Vermont əyalətində keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed