Şrift:
Azərbaycanın tanınmış şairi ustad Şami vəfat etdi
01.07.2016 [09:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şami adı ilə tanınan məşhur güney azərbaycanlı şair Mahmud Sadiqpur 68 yaşında vəfat edib.
1948-ci ildə Güney Azərbaycanın Urmiyə şəhərində dünyaya göz açan M.Sadiqpur uzun illər türk dili və ədəbiyyartına xidmət etdikdən sonra xəstəlik nəticəsində dünyasını dəyişib.

Əsərləri aşıq və şeir məclislərində diqqət mərkəzində olan şair, Urmiyə şəhəri və Güney Azərbaycanda xalqın böyük sevgi və rəğbət bəslədiyi şairlərdən biri olub.

Ustad Şamidən “Təbiətin qoynunda” və “Daşlı yol” kimi qiymətli əsərlər və daha yüzlərlə beyt şeir yadigar qalıb. Onun “Türk qəhrəmanları” adlı məşhur şeiri aşıq Əsgər Said və Araz Elsəs tərəfindən ozan havası kimi ifa olunub.

Rejim şairin millətçilik və vətənpərvərlik zəminində yazdığı əsərlərin nəşrinə icazə vermədiyi üçün, onun 8 cilddən çox kitabı işıq üzü görməyib.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed