Şrift:
Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb
06.07.2016 [10:24] - Xəbərlər, İslam dini, Bildiriş
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Saat 09.00-da isə “Təzəpir” məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed