Şrift:
Dünyanın 400 ən yaxşı ali məktəbinin siyahısı açıqlanıb
07.10.2011 [11:41] - Gündəm
Azərbaycan ali məktəbləri siyahıya düşməyib

Britaniyanın “Times Higher Education” nəşri “Reuters” informasiya agentliyi ilə birlikdə 2011-2012-ci illər üçün dünyanın 400 ən yaxşı ali məktəbinin reytinqini açıqlayıb. Azərbaycandan heç bir universitetinin daxil olmadığı reytinqin ilk üç pilləsini Amerika ali məktəbləri – Kaliforniya Texnoloji İnstitutu, Harvard və Stenford universitetləri tutur.

Tərtib edilmiş 400 ali məktəb cədvəlində Türkiyənin Bilkənd Universiteti, İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti, Boğaziçi Universiteti, Rusiyanın Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, İranın Şərif Texnologiya Universiteti də var.

Reytinq 13 müxtəlif meyar üzrə müəyyən olunub. Buraya universitetin ixtira və araşdırmalarının sayı, ali məktəbə tələbat, innovasiyadan gəlir və s. daxildir.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed