Şrift:
Ermənistanda toqquşmalar nəticəsində dörd polis əməkdaşı xəsarət alıb
20.07.2016 [08:58] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda silahlı qrup tərəfindən tutulmuş binanın digər yanında keçirilən aksiyada toqquşmalar zamanı dörd polis əməkdaşı xəsarət alıb.

Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Nikol Paşinyan bildirib.

"Demə ki, Saritarx rayonun tərəfindən də etiraz aksiyası keçirilir və məhz orada polislər xəsarət alıb. Orada aksiya iştirakçıları binanın önünə keçmək istəyiblər, onlara müqavimət göstərilib və polis əməkdaşlarını daşa basıblar. Onları təcili yardım maşınları götürüb", - deputat bildirib.
Bu xəbər oxucular tərəfindən 1060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed