Şrift:
Azərbaycanda içərisində hərbçilər olan avtomobil sərnişin avtobusu ilə toqquşub, 1 zabit ölüb, 2 hərbçi ağır yaralanıb
27.02.2012 [16:17] - Hadisə
Bakı-Qazax yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 14.30 radələrində qeydə alınıb. Bakı-Zaqatala marşrutu üzrə işləyən, Zeynalov Akif İbadulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 TC -167 dövlət nömrə nişanlı sərnişin avtobusu “VAZ 2107” markalı, 10 XC-157 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ-2107”də olan, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin zabiti, baş leytenant, adı hələlik açıqlanmayan hərbçi hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 1987-ci il təvəllüdlü leytenant Əliyev Pərviz Alı oğlu, 1988-ci il təvəllüdlü leytenant Həsənov Ehtiram Elxan oğlu ağır xəsarət alaraq Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Bu xəbər oxucular tərəfindən 1611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed