Şrift:
Azərbaycan İsraildən USD 1.6 mln məbləğində dronlar alıb
27.02.2012 [16:27] - Gündəm
İsrailin müdafiə nazirliyi rəsmiləri Azərbaycanın bu ölkədən 1.6 milyard dollar məbləğində hava hücumundan müdafiə sistemləri aldığını təsdiqləyib.

Bazar günü Associated Press xəbər verir ki, alqı-satqı İsrailin dövlət Hava Sənayesi tərəfindən aparılıb.

Xəbərdə deyilir ki, İranla vəziyyətin ağır olduğu bir vaxtda, İran sərhəddinə təcrübəli texnikanın gətirilməsi İsrailin regionda “düşməninə” qarşı bir addım atdığınının göstəricisidir.

İsrail İranın nüvə proqramından narahatdır.

Bir müddət əvvəl rəsmi Yerusəlim bildirib ki, əgər İran atom bombalarını hazırlamağa davam edərsə, onlar İranı bombalamağa hazırdır.

İran İsrail və qərb ölkələrinin ərazisində nüvə silahı hazırlaması fikrini inkar edir.

Nüvə proqramının enerji və səhiyyə məqsədləri üçün istifadə olunduğunu deyir.

Agentlik deyir ki, alqı-satqının potensial İran planlarına aid olub-olmadığı dəqiq deyil.

İsrailin Mossad kəşfiyyat agentliyinin keçmiş başçısı Danny Yatom bildirib ki, İsrail öz dostlarına silah satmaqda davam edəcək:

“Əgər bu bizə İranla olan məsələdə kömək edəcəksə, bu, lap yaxşıdır”

“Doktrina” Jurnalist Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri Cəsur Sümərinli BBC Azərbaycancaya bildirib ki, bu məsəni İranla bağlamaq düzgün deyil.

“Bu silah-sursatın alınması Azərbaycanın öz milli təhlükəsizlik maraqlarına daxildir, çünki ölkə hələ də müharibə vəziyyətindədir”

Sümərinli Azərbaycanın 2000-ci ildən İsraillə hərbi sahədə əməkdaşlıq etdiyini bildirir.

Əməkdaşlıq, hərbi kəşfiyyat, hərbi alqı-satqı və müdafiə sənayesi istiqamətlərindədir.

“Pilotsuz təyyarə alınması və yaradılması sahəsində əməkdaşlıq son 4-5 ildə yüksəlməyə doğru gedir”

Ekspert indiyə kimi bu ölkə ilə on milyardlıq əməkdaşlıq olduğunu bildirir.

Ötən il Azərbaycanda müdafiə sənayesi müəssisələrində İsrailin köməyi ilə Aerostar və Orbiter tipli pilotsuz təyyarə də buraxılıb.

Ekspert düşünür ki, indiki məqamda “Azərbaycanla İsrail arasında hərbi alış-veriş” xəbəri bu ölkənin İrana dolayı mesaji kimi də yozula bilər.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed