Şrift:
Aşıq Ədalətin külliyyatı hazırlanır
28.07.2016 [10:19] - Gündəm, Mədəniyyət
Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə tanınmış aşıq, Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibovun repertuarı yazıya alınacaq, külliyyatı işıq üzü görəcək.

Bu barədə AAB-dən məlumat verilib.

Aşıq Ədalət saz havalarının bənzərsiz ifaçısı kimi şöhrət qazanıb. Onun ifaları dünyanın bir çox ölkələrində ən mötəbər məclislərdə dinlənilib. Saz sənəti bu böyük sənətkarın sayəsində ən uca zirvəyə çatıb.

Külliyyatın payız aylarında təqdimatı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed