Şrift:
Məşhur müğənni Mustafa Sandaldan Urmu gölünə dəstək – GÖRÜNTÜ
28.07.2016 [13:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məşhur türkiləli müğənni Mustafa Sandal rəsmi instagram səhifəsində Urmu gölündən şəkil yayaraq gölün qurumasından öz nigaranlığını bildirib.
Müğənni yaydığı şəkilin altında Urmu gölünün yaşamasını diləyib. “Verdiyimiz sözü heç vaxt unutmayacayıq, Urmu gölü məhv olub səhraya çevrilməməlidir”- deyə müğənni öz səhifəsində yazıb.

Türkiyəli və azərbaycanlı internet istifadəçiləri isə M.Sandalın yaydığı şəkilin altında yorumlar yazaraq, Urmu gölünə diqqəti üçün ona öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, son illərdə azərbaycanlılar Urmu gölü böhranı ilə bağlı bir çox etiraz aksiyası keçirib, ətraf-mühit problemini dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçiriblər. Dünya və bölgə ölkələri mətbuatının diqqət mərkəzində olan gözlənilən ekoloji faciə, hələ də İran rejiminin gündəmində deyil və gölün qurtarılması üçün heç bir əməli addım atılmayıb.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed