Şrift:
Ermənistanda müxalifətin nümayişi dağıdılıb
30.07.2016 [02:00] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları post-patrul xidməti alayı binasının yaxınlığında tapılmış nümayişçiləri dağıdıblar.

“İnterfaks” agentliyi xəbər verir ki, əməliyyat zamanı təxminən 50 nəfər, o cümlədən "İrs" müxalifət partiyası sədrinin müavini Armen Martirosyan saxlanılıb. "Azadlıq" radiosunun erməni xidmətinin jurnalistləri döyülüblər.

Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, hadisələr zamanı təxminən 30 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı müəyyən deyil.
Bu xəbər oxucular tərəfindən 1121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed