Şrift:
İrqçiliyə qarşı keçirilən aksiyalarda tutulanlardan bir neçəsi sərbəst buraxılıb
30.07.2016 [02:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyulun 28-də “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə etiraz olaraq, Tehran da daxil olmaqla Güney Azərbaycanın bir neçə şəhərində etiraz yığıncaqları keçirildi.
Təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə üzləşən aksiyalarda onlarla soydaşımız yaxalanıb və naməlum istiqamətə aparıldı. Son məlumata görə, yaxalanan fəallardan bir neçəsi tutulduqları gün bir neçə saat sorğu-sualdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

Zəncanda etirazçılar qarşısında çıxış etdikdən sonra övladı ilə birlikdə yaxalanan Əbulfəzl İmani isə bir gecə saxlandıqdan sonra iyulun 29-da yerli vaxtla saat 8 radələrində vəsiqə qarşılığında sərbəst buraxılıb.

Azərbaycanlı milli-mədəni fəal Vəhid Sadiqifər isə iyulun 29-da yerli vaxtla saat 11 radələrində 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

Başqa bir məlumata görə, Huşəng Nəqilu 20 milyon tümənlik mülki vəsiqə qarşılığında Urmiyənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasından azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed