Şrift:
Bakıda müəllimə açıq dərs zamanı dünyasını dəyişib
02.03.2012 [11:28] - Mədəniyyət
Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dünən səhər saatlarında musiqi fənnindən açıq dərs prosesi zamanı 1970-ci il təvəllüdlü Bayramova Təranə İsmixan qızı qəflətən dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Qeyri-rəsmi mənbənin verdiyi məlumata görə, Bayramovanın adı "İlin müəllimi" nominasiyasına təqdim olunmuşdu. Müsabiqə qaydalarına görə, bu nominasiyaya təqdim olunan müəllimlər digər məktəblərdə açıq dərs verməlidirlər.
Bayramova Suraxanı rayon məktəblərindən birinin musiqi müəlliməsi olub. Mərhumun ürək tutmasında dünyasını dəyişdiyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed