Şrift:
Avtomobil 50 metrlikdən dərəyə yuvarlandı
24.08.2016 [10:03] - Gündəm, Hadisə
Neftçalada avtomobil dərəyə yuvarlanıb.

Region TV xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 47 yaşlı Şahin İsmayılov avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan 50 metr kənara düşüb.

Sürücü xəsarət alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona yardım göstərilib.

Qeyd edək ki, Ş.İsmayılov taksi fəaliyyəti ilə məşğul olur.
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed