Şrift:
Rus qırıcılarının Həmədandakı aviabazadan uçuşları dayandırılmayıb – Əli Laricani
24.08.2016 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran tərəfi Rusiya döyüş təyyarələrinin Həmədandakı aviabazadan uçuşlarının dayandırılmasına dair xəbərləri təkqib edib.
İran parlamentinin spikeri Əli Laricani jurnalistlərə açıqlamasında Rusiya ilə İranın terrorizmlə mübarizədə müttəfiq olduqlarını bildirib. O, Həmədandakı bazanın heç kimə daimi verilmədiyini və yalnız yanacaq doldurulması üçün istifadə edildiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya bombardmançılarının Həmədan bazasında olduğunu əks etdirən fotolar yayılmışdı. Rəsmi İran bunun səbəbi kimi Suriyada aparılan anti-terror əməliyyatlarında Rusiya ilə əmkdaşlığı göstərmişdi.
Ötən gün isə Rusiya bombardmançılarının Həmədan bazasından uçuşları dayandırdığı açıqlanmışdır.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed