Şrift:
“Süleyman kapitan” sənədli filmi Cənubi Koreyada nümayiş etdiriləcək
24.08.2016 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün quruması və onun nəticələrindən bəhs edən “Süleyman kapitan” adlı sənədli film Cənubi Koreyada nümayiş etdiriləcək.

Yönətmən Səadətəli Səidpurun sənədli filmi Cənubi Koreyanın 8-ci DMZ Docs Beynəlxalq Sənədli Film Festivalının Asiya yarışması bölümündə göstəriləcək. Sentyabrın 22-dən 29-dək keçirləcək festivalda 84 ölkədən 102 sənədli film arasında yarışma olacaq.

“Süleyman kapitan” filmində, Süleyman Urmu gölündə quruya oturmuş gəminin kapitanıdır. O, göl quruduqdan sonra işini itirib və kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlayıb. Lakin Urmu gölündə yaşanan böhran nəticəsində kapitanın yeni işində də perspektiv görünmür.

Bu arada 10-cu Əhər Qısa Teatr Festivalı, türk dilində hazırlanmış bir neçə tamaşanın qatılımı ilə öz işinə başlayıb.

Avqustun 21-dən başlayan festivala İranın 13 vilayətindən sənətkarlar qatılıb. Festivalda Əhərdən “Susamışam su”, Sulduzdan “Damğalı dəniz” və Urmiyədən “Atıl-matıl çərşənbə”, “Urəyim yıxılıb qollarım üstə” və “Son baharın göz yaşları” tamaşaları türk dilində səhnələşdiriləcək.

10-cu Əhər Qısa Teatr Festivalının bağlanış mərasimi çərşənbə günü Mirzə Cəfər Qaracıdağı salonunda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed