Şrift:
Azərbaycan və Fransa prezidentlərinin təkbətək görüşü olub
07.10.2011 [15:49] - Gündəm
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

N. Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransa prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed