Şrift:
“Traxtur”-“Peykan” görüşündə dava düşdü, oyun yarımçıq qaldı
25.08.2016 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə bu şəhərin “Traxtur” komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən yoldaşlıq yarışı yarımçıq qalıb.
Avqustun 24-ü yerli vaxtla saat 18:00-da başlayan oyun, rəqib komandaların oyunçuları arasında yaranan qarşıdurma və stadionda yaşanan gərginlikdən dolayı oyunun 60-cı dəqiqəsində dayandırılıb. Oyunçular bir-birinə qarşı bir neçə dəfə kobud rəftara yol verdikdən sonra bir anda onların arasında qarşıdurma yaranıb. Əlbəyaxa dava zamanı oyunçular bir-birlərinə zərbələr endiriblər. Bu vəziyyətə etiraz edən bəzi tamaşaçılar isə meydançaya bir neçə əşya atıblar. Qarşıdurma zamanı oyunçulardan birinin baş nahiyyəsindən xəsarət aldığı bildirilir.
Görüş Təbrizdə “Traxtur” komandasının xüsusi stadionunda keçirilib.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed