Şrift:
Azərkosmos - məhdud iştiraklı tender keçirir
02.03.2012 [14:05] - İqtisadiyyat
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərkosmos» ASC məhdud iştiraklı tender keçirir. ASC-dən verilən məlumata görə, tender aşağı orbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanmasını əhatə edir.
Maraqlanan təşkilatlar (+99 412) 565 00 55 nömrəsi ilə əlaqə saxlaya bilər.
Xatırladaq ki, «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə kommersiya xarakteri daşıyır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed