Şrift:
Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti Səyyad Nəjadəlinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlı Bəyanat yayıb
27.08.2016 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti Səyyad Nəjadəlinin İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlı Bəyanat yayaraq baş verən cinayət hadisəni ən kəskin formada məhkum edib.
Qurum İran təhlükəsizlik qüvvələrindən hadisənin ictimaiyyət üçün aydınlaşdırılmasını istəyib.

““Araz news” və GünAz TV saytlarının yaydığı raporta görə avqustun 20-də təhlükəsizlik qüvvələri Xudafərinin Həsrətan kəndinə hücum edərək azərbaycanlı mədəni fəal Səyyad Nəjadəlini güllələyərək qətlə yetiriblər. Səyyad fotoqraf olub və bölgədə mədəniyyət sahəsində əməyi olan fəallardan biri kimi tanınır. Bu günə kimi rəsmi orqanlar onun ölümü ilə bağlı zidiyyətli xəbərlər yayıblar. İran İslam Cümhuriyyətində, xüsusi ilə də qeyri-fars millətlərin yaşadığı bölgələrdə insan haqları pozuntuları kəskin artıb. Son günlərdə Şərqi Azərbaycanda Səyyad Nəjadəlinin terror edilməsi, Qərbi Azərbaycanda məhbusların kütləvi şəkildə edam edilməsi, Sosial şəbəkələrdə fəaliyyət göstərən 450 internet istifadəçisinin saxlanılması, Dezfulda 20 ərəb mədəni fəalının yaxalanması və Tehranda bir oğrunun 4 barmağının kəsilməsi, insan haqları sahəsində vəziyyətin pisləşdiyini göstərir. Bu siyahıya məhbusların işgəncə edilməsi, məhbus ailələrinə təzyiqlər artması (bu zəmində İrəc Məhəmmədinin yaşlı atasının məmurlar tərəfindən döyülməsini misal çəkmək olar), günahsız insanları yol qəzaları vasitələri ilə məhv etmək və s. kimi faktları da əlavə etmək mümkündür. İran İslam Cümhuriyyəti Beynəlxalq İnsan Hüquqları Bəyannaməsini imzalasa da, onu riayət etmir. Xüsusi ilə açıq irqi ayrı-seçkilik və asimilasyon siyasəti həyata keçirilən sərhədyanı və qeyri-fars millətlərinin yaşadığı bölgələrdə, insan haqları kobud şəkildə pozulur”- deyə Bəyanatın bir hissəsində qeyd olunub.

Ərk – Azərbaycan İnsan Haqları Cəmiyyəti Səyyad Nəjadəlinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən öldürülməsini kəskin qınayaraq baş verən cinayətin səbəbləri barədə bütün ictimaiyyətə, xüsusi ilə də onun ailəsinə məlumat verilməsini istəyib. Bəyanatda bildirilib ki, “biz Azərbaycan İnsan Haqları Cəmiyyəti olaraq dövlət tərəfindən həyata keçirilən edam və terror aktlarına qarşıyıq və Səyyad Nəjadəlinin İslam Cümhuriyyəti tərəfindən terror edilməsi xəbərini, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına çatdırmışıq.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed