Şrift:
İsrail İrana qarşı hücuma tələsir, Amerika isə iqtisadi sanksiyaların nəticəsini gözləyir
03.03.2012 [16:03] - Siyasət
İrana qarşı müharibə məsələsinə görə amerikalılarla israillilər arasında fikir ayrılığı mövcuddur.

İsrail hesab edir ki, bir az da keçsə artıq əməliyyatlara başlamağın həddən artıq gec olduğu bəlli olar. Çünki İran nüvə silahı yaratmaq üçün bütün texnologiya və materiallara (məvadd) sahiblənə bilər. Vaşinqtonda isə bu fikirdədirlər ki, öncə iqtisadi sanksiyaların (təhrimlər) təsir effektini (təsirini) gözləmək gərəkdir. Bundan sonra hərbi əməliyyatların mümkünlüyü nəzərdən keçirilməlidir.

"Bloomberg"in məlumatına görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Hərbi Hava Qüvvələri komandanı (rəhbəri) Norton Şvarts (Norton Schwartz) İrana qarşı əməliyyat planı hazırladıqlarını bəyan edib. General fikirlərini belə tamamlayıb: "Bu planın reallaşdırılacağı yerdə olmaq sizin də xoşunuza gəlməz".

Gözlənildiyi kimi mart (March) ayının 4-də İsrail nümayəndə heyətinin Birləşmış Ştatlara səfəri başlayan gün ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək İrana qarşı əməliyyatın mümkün təfərrüatını müzakirə edəcəklər.

Pentaqondakı mənbələrin məlumatına görə, Amerika hərbçiləri İslam İnqilabının Mühafizləri Korpusunun (SEPAH) bazalarına (payqah), İran Müdafiə Nazirliyinin obyektlərinə (təsisat), həmçinin, ölkənin xüsusi xidmət orqanlarının mənzil- qərargahlarına zərbələr endirməyi planlaşdırır. Bundan başqa, İsrail qırıcılarının İranın nüvə obyektlərini bombalamasına lüzum yaranarsa, ABŞ yanacaqdolduran təyyarələri onlara xidmət edəcək.

Amerikalı hərbçilər əməliyyatlarda ən ağır və nüvə başlıqsız bombalardan istifadə olunması məsələsini də nəzərdən keçirir. Bu bombaların çəkisi 9,5 tondur. Belə bombalar dağ altında yerləşən Fordo nüvə mərkəzini yerlə yeksan etmək üçün yetərli gücə malikdir. Bir neçə belə bomba hədəfin üzərinə dəqiqliklə atılsa, təbii qalxanı olmasına baxmayaraq onu məhv edə bilər.
Bu xəbər oxucular tərəfindən 1370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed