Şrift:
Bakının azad edilməsinin 98-ci ildönümünü münasibətiylə geniş tədbir (13/09/2016)
15.09.2016 [09:44] - Xəbərlər, Gənclik, Türk dünyası-Turan
13 sentyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik dəstələrindən və daşnak quldurlarından azad edilməsinin (15.09.1918) 98-ci ildönümü münasibətiylə geniş tədbir keçirildi. Tədbirdə alimlər, ictimai-siyasi fəallar, yeniyetmə və gənclər iştirak edirdilər.
Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş maşın karvanı BAO-nun qərargahı qarşısından öncə Türkiyə səfirliyinə doğru hərəkət etdi. Səfirlik önünə yığışan tədbir iştirakçıları və səfirlik nümayəndələri qarşısında BAO sözçüsü, tarixçi alim Dilavər Əzimli qısa çıxış edərək 15 sentyabr tarixinin əhəəmiyyəti və Azərbaycan-Türkiyə münasibətləri haqqında öz fikirlərini bölüşdü. Sonra maşın karvanı Qobustan rayonunun Acıdərə deyilən ərazisində, Bakı-Şamaxı yolunun yaxınlığında yerləşən türk şəhidliyi kompleksi istiqamətində yola düşdü.
Abidə önündə tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının üzvü Şirvani Ədilli açdı. O, bu abidənin Qafqaz İslam Ordusunun naməlum əsgərinin məzarı yaxınlığında onun şərəfinə ucaldlıldığını və bu abidənin türk birliyinin simvolu olduğunu vurğuladı. Daha sonra BAO sözçüsü Dilavər Əzimli, şair, tədqiqatçı Teyyub Qurban və BAO MŞ-nın üzvü, fəlsəfə doktoru Faiq Ələkbərov çıxış edərək bu tarixi gün haqqında öz fikirlərini bölüşdülər.
Daha sonra naməlum türk əsgərinin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət olundu.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed