Şrift:
Deputat: Rusiyanın Ermənistana silah bağışlaması Qafqazın təhlükəsizliyi üçün təhdiddir
24.09.2016 [16:57] - Gündəm, Siyasət
Rusiyanın növbəti dəfə Ermənistana əvəzsiz olaraq ən müasir operativ-taktiki silahlar bağışlaması Qafqazın regional təhlükəsizliyi üçün təhdiddir.

Bunu Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Ermənistana silahın verilməsini səhv addım hesab edən deputat bildirir ki, hər bir dövlətin digərindən öz təhlükəsizliyinin təminatı üçün silah almaq hüququ var: "Silahlar özünümüdafiə məqsədilə alınır. Ermənistan isə işğalçı ölkədir. əgər işğalçıya silah verilirsə, bu, o deməkdir ki, özünü müdafiə edən ondan daha güclü silahlanmalıdır".

N.Cəfərov qeyd edib ki, Ermənistanın Rusiyaya silah verməsi beynəlxalq prinsiplərə ziddir.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed