Şrift:
Sarkozi artıq Gürcüstandadır
07.10.2011 [22:11] - Gündəm
Fransa prezidenti Nikola Sarkozinin Gürcüstana rəsmi səfəri başlayıb. Tiflis beynəlxalq aeroportunda Fransa prezidentinin gəlişi münasibəti ilə rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstan prezidenti Mixail Saakaşvili Fransa prezidentini qarşılayıb.


M. Saakaşvili Fransa prezidentinin gəlişini Gürcüstan üçün böyük hadisə adlandırıb və Qızılgül inqilabından sonra "Azadlıq" meydanında belə qələbəliyin olmadığını deyib. O eyni zamanda 2008-ci il hadisələrində Fransanın Gürcüstanı tək qoymadığını, Gürcüstanın müstəqilliyini dəstəklədiyini, ölkənin azadlığını bir daha təsdiqlədiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1087 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed