Şrift:
Britaniya Parlamentinin üzvü: Seçkinin təşkili bizdə çox xoş təəssürat yaradır
26.09.2016 [11:27] - Gündəm, Siyasət
"Səhər saatları olmasına baxmayaraq, biz seçki məntəqələrində seçiçilərin sayının getdikcə artdığını görürük”.

Bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.

D.Morrisin sözlərinə görə, olduqları seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmayıblar.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda keçirilən seçki çox yaxşı planlaşdırılıb: “Seçkinin təşkili bizdə çox xoş təəssürat yaradır. Seçici fəallığı artır".

Artıq 5 seçki məntəqəsində seçki prosesini izlədiyini deyən D.Evans bildirib ki, indiyədək məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlinməyib. Bütün prosedurlar qanuna uyğun şəkildə icra edilir.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed