Şrift:
AKP-çı qadınlardan türk bayrağına sayğısızlıq-FOTO
05.03.2012 [17:13] - Güney Azərbaycan xəbərləri, Siyasət
Türkiyə bayrağı təhqir edildi
Türkiyədə türk bayrağını təhqir etdilər. Ədalət və İnkişaf Partiyasının (AKP) qadın üzvləri Türkiyənin Ordu şəhərində keçirdikləri tədbirdə türk bayrağına qarşı davranışları Türkiyəyə etiraza səbəb olub.
Davam.az-ın məlumatına görə, tədbirdə qadınlar onlara verilən Türkiyənin ağ ulduzlu bayrağını qoymağa yer tapmadıqlarını görüncə, çarəni bayrağın üstündə oturmaqda tapıblar. Hətta bəzi qadınlar bayrağı yerə qoyublar. Beləliklə, ortaya bu xoşagəlməz mənzərə çıxıb.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiya üzvlərindən fərqli olaraq bütün dünyanın qarşısında G-20 zirvəsində yerdə olan kiçik türk bayrağını götürərək cibinə qoyub. Baş nazirin bu addımı bütün dünya mətbuatının əsas xəbəri olsa da, təəssüf ki, partiya xanımları bundan ibrət dərsi almayıb.
Bu xəbər oxucular tərəfindən 1885 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed