Şrift:
Tehran universitetində türk öyrənciləri ana dildə təhsil tələbi ilə plakat nümayiş etdiriblər - VİDEO
27.09.2016 [09:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran universitetinin türk öyrənciləri sentyabrın 25-də ana dildə təhsil tələbi ilə böyük plakat nümayiş etdiriblər.

Öyrəncilər tərəfindən qaldırılan plakatın üzərinə “Hanı mənim ana dilim?!” və “Ana dilimdə təhsil almaq istəyirik” kimi şüarlar yazılıb.

Öyrəncilər bununla İran rejiminin asimilasyon siyasətinə qarşı öz mədəni etirazlarını bildiriblər.

Aşağıdakı Video Tehran universitetinin qarşısında türk öyrəncilərinin etirazını əks etdirir.

Qeyd edək ki, İranda qeyri-fars millətləri, xüsusi ilə də türklərə qarşı Pəhləvi dövründən başlayan asimilasyon siyasəti islam inqilabından onra da davam etdirildi. İranda 30 milyondan çox Azərbaycan türkü nəinki ana dildə təhsil ala bilmir, onların ana dilləri hətta bir dərslik kimi də tədris olunmur. Əhalinin isə buna qarşı etirazları getdikcə kəskinləşir.

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed