Şrift:
68 nəfər sosial şəbəkə fəalı “Sepah” üzvləri tərəfindən saxlanılıb - Qərbi Azərbaycanda
30.09.2016 [08:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanda sosial şəbəklərin müdirlərindən ibarət 68 nəfər İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri tərəfindən saxlanılıb.
Bu barədə “Qərbi Azərbaycan Şohəda Sepahı” adlanan hərbi qurum rəsmi bildiri yayaraq tutulan fəallardan 15-nin məhkəməyə göndərildiyini elan edib.

“Sepah” tərəfindən tutulan sosial şəbəkə fəalları Urmiyə şəhəri və Qərbi Azərbaycanın digər bölgələrinin sakinləridir.

“Sepah” yaydığı Bildiridə tutulanları yabancı ünsürlərin tələsinə düşməkdə ittiham edərək onların modelləşdirmə, qadın gözəllik salonu, atelye və dövmə (tattoo) sahələrində fəal olduqlarını açıqlayıb.

Ekspertlər insan haqlarına qarşı amansız fəaliyyəti ilə seçilən “Sepah”ın son əməliyyatını, dini rəhbər Əli Xameneinin Qərb mədəniyyətinə qarşı mübarizəyə çağırışı ilə əlaqələndirirlər.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed