Şrift:
Moskvada müxalifət nümayişinə ayrılan vaxt başa çatan kimi polis nümayişi zor gücünə dağıtmağa başlayıb.
06.03.2012 [11:15] - Xəbərlər, Siyasət
Meydana əlində dəyənəklərlə girən polis nümayiş yerində qalan müxalifətçiləri tutub – saxlayır. Moskvada müxalifət lideri Limonov həbs edilib. MSK qarşısındakı digər nümayişdə də onlarla adam saxlanıb. Onlar arasında müxalifət koalisiyası olan "Başqa Rusiya"nın lideri Eduard Limonov da var.
Puşkin meydanında “Putinsiz Rusiya” nümayişinə polisin məlumatına görə, 14 min adam çıxıb. Müxalifət nümayişə gələnlərin 20 min olduğunu deyir. Reutersin məlumatına görə, Moskvanın müxtəlif yerlərində nümayişə cəhd etmək istəyənlər arasında 50 adam tutulub. Sankt Peterburqda Putinin seçilməyinə etiraz nümayişində 50-yə qədər adam tutulub.
Nümayişə 1500 adam çıxıb.
Aksiyada iştirak edən müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını deyir.
Martın 4-də Rusiyada prezident seçkiləri keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Vladimir Putinin seçkidə qalib gəldiyini rəsmən bəyan edib.
Son məlumata görə, hakim Vahid Rusiya Partiyasının lideri, baş nazir Vladimir Putin 64,06 faiz səs topalıb.
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed