Şrift:
Roma papası Bakıda katolik kilsədə dini ayin keçirir
02.10.2016 [11:11] - Gündəm, İslam dini
Roma papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda yerləşən katolik kilsəyə gəlib. Onu kilsədə yüzlərlə mömin insan səmimi qarşılayıb.

Hazırda Roma papası Bakı Katolik kilsəsində dini ayin keçirir.

Xatırladaq ki, Roma papası Fransisk bu gün Azərbaycana rəsmi səfərə gəlib. Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıblar.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed