Şrift:
Güney Azərbaycan Xəbərləri
06.03.2012 [13:14] - Güney Azərbaycan-Təbriz
Keçən mərhələdə Saxtakarlıqla parlamentə seçilən Əhmədinejadın bacısı Pərvin Əhmədinejad parlament seçkilərində saxtakarlığın olduğu bildirib
Güney Azərbaycan Xəbərləri





Əhmədinejad ailəsinin doğulduğu Germsar şəhərindən namizəd olmuş Pərvin Əhmədinejad seçkini digər mühafizəkar rəqibinə 2 min səs fərqilə uduzduqdan sonra ölkə müxalifətinin 2009-ci ildə səsləndirdiyi iddianı dilə gətirib.Türkiyənin “Hürriyet” qəzeti yazır ki, Pərvin Əhmədinejad namizəd olduğu bölgədə səsverməyə hiylə qatıldığı iddiası ilə müvafiq qurumlara şikayət ərizəsi verdiyini bildirib: "Namizəd olduğum bölgədə seçki günü və gecə bəzi pozuntulara yol verilib. Bunu bir çox seçici də təsbit edib. Bu pozuntular haqda əlaqədar təşkilatlara yazılı şikayət verdim və yetkililərin cavabını gözləyirəm".Parlamentdə 1 yeri olan Germsar şəhərində 10 namizəd mübarizəyə qoşulub və rəsmi məlumatlara görə, prezidentin bacısı Pərvin Əhmədinejad ikinci yer tutumaqla rəqibi Qulamrza Katibə uduzub. Bu nəticə prezident Əhmədinejada ağır zərbə kimi qiymətləndirilir.Bu arada “PressTV” nəticələrə dair son məlumatları açıqlayıb. Məlumata görə, səslərin 90 faizi hesablanıb və parlamentdəki 290 yerdən 190-nın sahibi bəlli olub. Onların 75 faizdən çoxunun dini lider Xameneyiyə yaxın adamlar olduğu bildirilir.

İRAN ALİ MƏHKƏMƏSİ ABŞ VƏTƏNDAŞINA ÇIXARILMIŞ ÖLÜM HÖKMÜNÜ LƏĞV EDİB
Güney Azərbaycan Xəbərləri




İran Ali Məhkəməsi casusluqda günahlandırılan İran əsilli ABŞ vətəndaşı Əmir Mirzə Hikmətiyə kəsilmiş edam hökmünü ləğv edib.
1983-cü ildə ABŞ-ın Arizona əyalətində iranlı mühacir ailəsində doğulan Əmir Mirzə Hikməti 2011-ci il avqustunda tutulub. 2012-ci il yanvarın 9-da Tehran məhkəməsi Əmir Mirzə Hikmətini düşmən dövlətlə əməkdaşlıqda və ABŞ kəşfiyyatına işləməkdə təqsirli bilərək ölümə məhkum etmişdi.


İRAN: PARLAMENTƏ 225 NƏFƏR KEÇİB, 65 MANDATIN TALEYİNƏ İKİNCİ TURDA AYDINLIQ GƏLƏCƏK
Güney Azərbaycan Xəbərləri




İranda martın 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri dəqiqləşib.,Martın 5-də jurnalistlərə açıqlama verən daxili işlər naziri Mustafa Məhəmməd Nəccar 65 mandatın taleyinin ikinci tura qaldığını deyib: “225 nəfərin parlamentə keçməsi qətiləşib. Qalanları seçkinin ikinci turunda seçiləcək. 65 yer uğrunda 130 namizəd yarışacaq”.
Mustafa Məhəmməd Nəccar həmçinin bildirib ki, parlament seçkisinə səsvermə hüququ olanların 64 faizi qatılıb.
İranda 290 yerlik parlamentə mandat almağa 3 min 444 namizəd iddia edirdi.
Məlumatlara görə, parlament seçkisində dini rəhbər ayətullah Əli Xamneyiyə yaxın namizədlər üstünlük qazanıb. İslahatçı namizədlərsiz keçirilən seçkidə əsas rəqabət Əli Xamneyi ilə prezident Mahmud Əhmədinejad tərəfdarları arasında gedib.

İranda martın 2-də keçirilən parlament seçkilərinin nəticələri ermənilər üçün uğurlu olub
Güney Azərbaycan Xəbərləri




Bu dəfə seçkilərdə iki erməni millət vəkili seçilib. onlardan biri Tehranın erməni icmasının, digəri İsfahan icmasının nümayəndəsidir. Erməni millət vəkillərinin adları Karmen Xanlaryan və Robert Beqlaryandır.Qeyd edək ki, bu nöqtədə xüsusi diqqətə layiq bir məqam var. İranda erməni millət vəkilləri erməniləri təmsil etsədə, azərbaycanlılar üçün bu hüquq tanınmır. Azərbaycanlı millət vəkilləri azərbaycanlıları deyil sadəcə müəyyən coğrafiyanı təmsil edirlər.
Höccətulislam Qələndəri iki gün öncə keçirilən parlament seçkilərindən danışıb. O, Sulduz şəhərindəki saxtakarlığa kəskin etiraz edib.
Höccətulislam Qələndəri bildirib ki, “Hizbullah imkan verməyəcək bəziləri öz saxtakarlıqları ilə, müharibədə və bölücülərlə mübarizədə 700 nəfərdən çox şəhid verən şəhərin haqqını tapdalasınlar.Şəhid Çəmranın dediyi kimi Sulduz Azərbaycanın darvazasıdır və bu stratejik məntəqənin əldən verilməsinə imkan verməyəcəyik.”O, Bədəli ailəsinin şəhidlərinə işarə edərək əlavə edib ki, “Bədəli ailəsindən xəcalətik. Ona görə ki, bu günə qədər dostların nifaqı və düşmənlərin qanun pzuntusunun qarşısını almağa nail olmamışıq. Ancaq söz verirəm ki, Sulduzlu əhali ilə birlikdə oyanıq və hazır bir şəkildə, saxtakar insanların Sulduz əhalisinin təmsilcisi kimi parlamentə getməsinə imkan verməyəcəyəm.

Amerika İran prezidentinin müşavirinə viza verməyib
Güney Azərbaycan Xəbərləri




ABŞ hökuməti İran prezidentinin müşaviri, Qadın və Ailə İşləri Mərkəzinin rəhbəri Məryəm Müctehidzadənin rəhbərlik etdiyi İran nümayəndə heyətinə bu ölkəyə səfər etməsi üçün viza verməyib.İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, bu barədə İranın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi nümayəndəsinin müavini İshaq Əli Həbib bildirib.Onun sözlərinə görə, bu səbəbdən nümayəndə heyəti BMT-nin Qadın Komissiyasının martın 3-də ABŞ-ın Nyu-York şəhərində qadın və ailə mövzusunda keçirdiyi 56-cı yığıncağında iştirak edə bilməyib.
Bu xəbər oxucular tərəfindən 1700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed