Şrift:
Türk qırıcıları Ermənistan səmasında
07.10.2016 [09:12] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ötən gün Türkiyəyə məxsus üç hərbi təyyarə Ermənistanın hava məkanını pozub.
Bu barədə Ermənistan saytı “News.am” xəbər yayıb.

Qırıcılar Ermənistan – Türkiyə sərhədi boyu bir neçə uçuş həyata keçiriblər.

Hadisə ötən gün yerli vaxtla saat 21:00-da baş verib.

Baş verən hadisə İrəvanda panikaya səbəb olub. Ermənistan hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ermənistan Müdafiə Nazirliyi hələlik baş vermiş insidenti şərh etmir. Xəzər-xəbər
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed