Şrift:
İrana son xəbərdarlıq
07.03.2012 [12:06] - Siyasət
Leon Panetta: «Hərbi müdaxilə qaçılmaz olacaq»

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Leon Panetta İranla bağlı rəsmi Vaşinqtonun mövqeyini açıqlayıb. Müdafiə naziri bəyan edib ki, İranın nüvə silahı sahibi olmasını əngəlləmək üçün diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə, hərbi müdaxilə qaçılmaz olacaq.
Bu barədə Röyter agentliyi məlumat yayıb.
Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin konfransında çıxış edən Pentaqon rəhbəri bildirib ki, ABŞ seçim qarşısında qalarsa, tərəddüd etmədən hərəkətə keçəcək: «Bunu aydın şəkildə başa düşmək lazımdır ki, məcburiyyət qarşısında istənilən addımı atacağıq. Bu baxımdan digər alternativlər nəticə verməzsə, son seçim hərbi müdaxilə olacaq».
ABŞ rəmiləri daha öncə verdikləri açıqlamalarda bildirirdilər ki, «İran məsələsində beynəlxalq səylər uğurlu olmazsa, bütün seçimlər masa üzərindədir».
Panettanın açıqlaması isə hərbi müdaxilənin mümkünlüyü ilə bağlı verilən ilk birmənalı bəyanat hesab oluna bilər.
Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed