Şrift:
Ç.Qənizadənin F.Quliyevin təklifinə münasibəti həm məntiqsiz, həm də özünü təkzibdir.
15.10.2016 [11:40] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Münasibət.

14 oktyabr tarixində Milli Məclisin növbəti iclasında F.Quliyevin təkliflərindən birinə Ç.Qənizadə mətbuatda münasibət bildirib. F.Quliyevin təklifi belə olmuşdur- “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik təklifi layihəsində 11.1.2 bəndində yazılır ki, idarə müəssisə və təşkilatların rəhbəri həmin idarə, müəssisə və təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və struktur bölmə müəyyən edir. 11.1.6-cı bənddə isə göstərilir ki,” barəsində məlumat verilən şəxsə həmçinin araşdırmanın nəticəsində birbaşa və dolayısı ilə marağı olan şəxslərə korrupsiya ilə əlaqəli hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.” Bütün hallarda həmin idarədə ən azından dolayısı ilə baş verən məsələnin idarə rəhbərinə dəxli vardır. Ya birbaşa və ya ən azından dolayısı ilə .Çünki müəssisənin rəhbəridir. Ona görə mən hesab edirəm ki, bu qurumun yaradılması həmin idarəyə həvalə olunmaqdansa korrupsiya ilə mübarizə idarəsinə həvalə olunmalıdır. Düşünürəm ki, korrupsiyaya qarşı ciddi mübarizə əzmi vardır.Son zamanlardakı fəaliyyət də onu göstərir ki, gerçəkdən addımlar atılır. Amma bəzi məsələlərdə o qurumlar ki, müstəqil davrana bilirlər- iş görə bilirlər. Müstəqil davrana bilməyənlər çətinliklə qarşılaşırlar. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin özü belə Prokurorluqdan ayrılıb birbaşa Prezidentin özünə tabe olsa daha uğurlu bir variant olar. Çünki Prokurorluğun özündə də korrupsiya halları olur və bir neçə il əvvəl prokurorluq əməkdaşı korrupsiya və şantaja görə 12 il müddətinə həbsə məruz qaldı. Deməli, Prokurorluqda da belə hallar olur. Mən hesab edirəm ki, aparılan korrupsiyaya qarşı mübarizə islahatları çox səmərəlidir və bu gün müzakirə olunan “ Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik də əhəmiyyətlidir. Amma bu funksiyaların idarə və müəssisələrə yox, korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə eləmək və həmin idarənin də müstəqil olması üçün gələcəkdə addımıarın atılması daha ciddi səmərə verə bilər. F.Quliyevin yuxarıdakı təklifinə Ç.Qənizadə mətbuatda münasibət bildirib,baxmayaraq ki,F.Quliyevdən sonra iclasda həmin məsələ ilə bağlı çıxış etmiş və heç bir münasibət bildirməmişdir. Millət vəkili Ç.Qənizadə açıqlama verərək qeyd edib ki, “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Baş Prokurorluğunun nəzdində fəaliyyət göstərir. Baş Prokurorluq özü də birbaşa prezidentə tabe olan qurumdur. Belə olan halda Baş Prokurorluğun nəzdində olan bir idarənin birbaşa prezidentə tabe olmasını təklif etmək məntiqsizlikdir. Millət vəkilləri hansısa dövlət qurumunun fəaliyyəti ilə bağlı fikirlər ifadə edəndə mütləq düşünməlidirlər”.

Ç.Qənizadə özü də Milli Məclisdəki dəyişiklik haqda çıxışında 11.1.6-cı bənddəki müddəanı səsləndirdi-” barəsində məlumat verilən şəxsə həmçinin araşdırmanın nəticəsində birbaşa və dolayısı ilə marağı olan şəxslərə korrupsiya ilə əlaqəli hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.” Bütün hallarda həmin idarədə ən azından dolayısı ilə baş verən məsələnin idarə rəhbərinə dəxli vardır. F.Quliyevin fikrinə münasibətində də bildirirki, “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Baş Prokurorluğunun nəzdində fəaliyyət göstərir” Bu halda dəyişiklikdəki 11.1.6-cı bəndinə görə “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş Prokurorluğunun nəzdində qalmasındansa Prezidentin birbaşa nəzarətində olması daha məntiqlidir.Göründüyü kimi Ç.Qənizadənin F.Quliyevin təklifinə münasibəti həm məntiqsiz, həm də özünü təkzibdir. Deputat yoldaşının fikirinə münasibət bildirəndə onu diqqətlə dinləmək , düşünərək münasibət bildirmək lazımdır.

MDHP mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed