Şrift:
Ermənistanda gənclərin 39,1 faizi işsizdir
20.10.2016 [10:47] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bütün sahələrdə iflasa uğrayan Ermənistanda işsizlik böhranı yaşanır. İşğalçı ölkədə təkcə gənclərin 39,1 faizi işsizdir.

Ermənistan Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. İşsizlərin 79,8 faizi qadınlar, 48,6 faizi isə 16-44 yaş arasında olanlardır. İşğalçı ölkədə gənclər arasında işsizlik kritik həddədir.

Beynəlxalq Əmək təşkilatının bununla bağlı hesabatında deyilir ki, 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17,3, qızlar arasında isə 17,7 faiz olacaq ki, bunun da böyük əksəriyyəti Ermənistanın payına düşəcək. Hazırda Ermənistanda təkcə gənclər arasında işsizliyin səviyyəsi 39,1 faizdir.

Hökumətinin üç il əvvəl “Məşğuliyyət haqqında” qanunda dəyişiklik etməsi vəziyyəti bir qədər də gərginləşdirib. Qanun layihəsinə əsasən, işsizlik müavinətinin ləğv edildi. Buna qədər Ermənistanda rəsmən qeydə alınmış işsizlərə 18 min dram, təxminən 35 manat aylıq müavinət verilirdi. Gənclərlə yanaşı, orta yaşlı vətəndaşlar da iş tapa bilmirlər. Bu isə etirazlara səbəb olur. İrəvanın mərkəzi meydanında Vardenisdən gəlmiş Armen Yeranosyan adlı işsiz vətəndaş isə aclıq elan edərək ağzını tikib.
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed