Şrift:
Hansı muğam hansı orqanı müalicə edir – Bu haqda bilirdinizmi?
22.10.2016 [11:46] - Gündəm, Mədəniyyət
Musiqinin insan üzərindəki təsiri min ildir ki, müxtəlif müalicə üsullarının inkişaf etdirilməsinə ilham qaynağı olub. Bu gün də həmin təcrübələrdən istifadə edilir.
Turkustan.info xəbər verir ki, türklərdə müalicə məqsədilə musiqi və hərəkətin istifadə edilməsi qədim zamanlardan gələn bir üsuldur. Orta Asiyada baksı və kamların dövründən bəri pentatonik (beş səsli) musiqi icrasıyla bərabər hərəkətlər də bir şəfa ayininin parçaları kimi istifadə edilirdi. Bu ayində Ata ruhuna yönəlmiş müalicə edən musiqi və hərəkətlə özündəki ruhi gücü artıraraq əldə etdiyi məlumatla xəstəni müalicə edirdi.
Bu ənənə Orta Asiya Türklərində hələ də davam edir. Günümüzə qədər gələn “baksı rəqsi” (karacorga) musiqi və hərəkət terapiyasının ən qədim və mühüm örnəklərindəndir. İstifadə edilən alətlər isə kılqopuz, dombra, şanqopuz və müxtəlif ritm alətləri olub.
Təqribən 1000 il əvvəl Türkmənistan, Özbəkistan, İran, Azərbaycan, Əfqanıstan, Qazaxıstan mədəniyyət və tarixində günümüzə qədər sayı beş yüzə çatan musiqi məqamları ilə müalicə üsulları tətbiq edilib. Fərabi, İbn Sina, Əbu Bəkr Razi, Həşim Bəy, Gevrekzadə Hafiz Həsən Əfəndi tərəfindən günümüzə çatan bu məlumatlara görə müxtəlif məqamların müxtəlif orqanlara və duyğulara təsiri var. Və bu müalicə üsulu orqan və duyğu narahatlıqlarını aradan qaldırıb müalicə edir.
Rast muğamı: Qoç Bürcü. Sümük, beyin və yağlara təsir edir. Artıq yatmağı mane olur. Aşağı nəbzin yüksəlməsinə kömək edir. Ağıl xəstəliklərinə yaxşı təsir edir. İflic xəstəliyinin dərmandır. Başa və gözə təsirlidir. Əzələlərə təsiri var. Spazmaları aradan qaldırır.
Rəhavi məqamı: Tərəzi Bürcü. Sağ çiyin, baş ağrıları, burun qanaxmaları, ağız əyriliyi və ağıl xəstələrinə faydalıdır. Doğuma kömək edir. Sinə, mədə üçün faydalıdır.
Hüseyni məqamı: Əqrəb Bürcü. Qara ciyər, və ürəyin iltihabını yox edir. Mədə hərarətini aradn qaldırır. Sol çiyinə təsirli. Malyariya xəstəliyinə yaxşıdır. Daxili orqanlara əla təsir edir . İmmunitet sistemini gücləndirir. Ruhu sakitləşdirir.
Hicaz məqamı: Oxatan bürcü. Sümüklərə, beyinə və uşaq xəstəliklərinə müalicə edici təsiri var. Üro-genital sistemə və böyrəklərə təsir gücü çoxdur. Sinə nahiysinə mühüm təsiri var. Aşağı nəbz atışını yüksəldir. Əsəbin aradan qaldırılmasına kömək edir.
Əcəmişiran məqamı: Sümüklərə və beyinə təsir edir. Orqanizmdə yağ tarazlığına tənzimləyir. Yaradıcılıq hissi və ilham verir. Xanımlarda doğuşu asanlaşdırır. Ağrı və spazmaya qarşı təsiri var.
Uşşaq məqamı: Balıq Bürcü. Ürək, ayaq ağrılarına faydalıdır. Gülüş, sevinc, güc və qəhrəmanlıq hissləri yaradır. Yuxu və istirahət üçün faydalıdır, rahatlama hissi verir.
Busəlik məqamı: Oğlaq Bürcü. Qan dövranı, qarın bölgəsi, bud və ayaq hissələrinə təsir edir. Qulunc, bel ağrısı və təzyiq xəstəliklərində faydalıdır. Qüvvə və sülh hissi verir. Ağıl xəstəliklərinə təsirli olduğu barədə mühüm məlumatlar var.
İsfahan məqamı: Əkizlər Bürcü. Boyun, boyun, çiyinlər və sol dirsək üçün təsirlidir. İnam hissi, uyğunlaşma, hərəkət qabiliyyəti, zehin açıqlığı verir. Xoş ovqata kökləmək, zəkanı açmaq və xatirələri təzələmə kimi xüsusiyyəti var.
Nəva məqamı: Dolça Bürcü. Sinənin sağ tərəfinə, böyrəklərə, onurğa, bud hissələrinə təsiri var. Kədəri aradan qaldırır. Ağıl xəstəliklərinin müalicəsində faydalı.
İraq məqamı: Buğa Bürcü. Menengit, beyin və ağıl xəstəliklərində faydalıdır. Çiyin, qol, sol qol və əllərə, başın üst tərəfinə təsirlidir. Düşünmə və qavramada təsirlidir.
Büzürk məqamı: Şir Bürcü. Beyni təmizləyir, vəsvəsə və qorxunu dəf edir. Fikrə istiqamət verir. Qulunç və beyin zədəsi ilə ortaya çıxan şiddətli xəstəliklərə faydalıdır. Güc qazandırır. Boyun, boğaz, sinə, ciyər, ürək üçün faydalıdır.
Zirəfgənd məqamı: Xərçəng Bürcü. Kürək və qulunca faydalıdır. Beyinlə bağlı ağız əyilməsinə, ürək, ciyər, döş, bud və sağ çiyinə təsirli. Sevinci artırır, dərin duyğu hissi verir.
Zəngulə məqamı: Sünbül Bürcü. Bud, oynaq və qıç ilə əlaqəsi var. Ürək xəstəliklərinə, menengit və beyin xəstəliklərinə təsirlidir. Beyin xəstəlikləri və ruhi xəstəliklərin müalicəsi üçün mədə və qaraciyər istiliyini yox edər.
Şəfa evləri:
900 il əvvəl Səlcuqlu Sultanı Nurəddin Zəngi tərəfindən tikdirilən Nureddin Xəstəxanasında musiqi terapiya ilə müalicə tətbiq olunub. Daha sonra isə Mardin (1108-1122), Kayseri (1205), Sivas (1217), Divriği (1228), Amasiya Hospitalı (1308), Bursa (1400), istanbul, Fateh Hospitalı (1470), Ədirnə (1484-1488), Manisa (1539) şəfa evlərind yütişdirilmiş təbiblər tərəfindən musiqlə müalicə tətbiq edilməyə başlaıyb. Buna dair məlumatlar, sənədlər və rəvayətlər mövcuddur.

Müasir tibb:
Türk musiqi və hərəkət terapiyası ənənəsi müasir tibbdə yenidən kəşf edilməyə başlayıb. Tümata (Türk Musiqisini Araşdırma və Tanıtma) qrupu üzvləri və tələbələri ilə Türkiyədə və xaricdə (Avstriya, Almaniya, İsveçrə, İspaniya) təqdimatı, tətbiqi və təhsil fəaliyyətləri başlayıb, indi də davam edir.
Avstriyada Vyana Meidling Klinikasında aparılan nevroloji layihə çərçivəsində Türk musiqisiylə terapiya tətbiq edildikdə bəzi xəstələrin komadan çıxdıqları və EEG (beyin elektro) çəkilişlərində beyin ritmlərinin artdığı müəyyən edilib. Onkoloji, kardioloji, immünoloji və geriatriya layihələri isə hələ də davam edir.
Ankara Qazi Universiteti Tibb Fakültəs, Algoloji Anabilim fakültəsinin xroniki ağrılı xəstələrlə aparılan müşahidələrdə seans öncəsi və seans sonrası qan testləri keçirilib və xəstələrdə stress hormonlarının yüzdə 40 nisbətində azaldığı görülüb.
Yenə eyni fakültənin uşaq psixiatriyası hissəsində autizmdən əziyyət çəkən, spastik, çox aktiv uşaqlarla musiqi və hərəkət terapiyası tətbiq edildikdə uşaqlarda ünsiyyətin artdığı, qavrama və öyrənmək istəyinin sürətləndiyi aşkar edilib.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed