Şrift:
Şəhid məzarları üzərində dövlət bayrağının asılması təklifi
24.10.2016 [10:48] - Gündəm, Sosial
Milli Məclisdə şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının qaldırılmasının qanuna daxil edilməsi ilə bağlı təklif irəli sürülüb.

Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.

A.Abbas bildirib ki, təklif Milli Məclisin deputatları və rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib: "Azərbaycanda bu məsələ qanunda öz əksini tapmayıb”.

A.Abbas qeyd edib ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun var: “Bu qanunda bayrağın necə və haralarda asılması göstərilir. Qanunda şəhid məzarı üzərində bayraq qaldırmaq məsələsi yoxdur. Əgər asılırsa, qanunla bayraq oradan götürülməlidir. Şəhid məzarı üzərindən asılan bayraq götürüləndə narazılığa səbəb olur. Bu səbəbdən Milli Məclisdə bununla bağlı təkliflərimi səsləndirərək bildirdim ki, şəhid məzarları üzərində bayrağın qaldırılması məsələsini qanuna daxil edək. Təklifim bəyənilib. Yəqin ki, məsələyə Milli Məclisdə baxılacaq”.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed