Şrift:
Ermənistan məcburi köçkünlərin pulunu vermək istəmir
24.10.2016 [14:34] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Avropa İnsan Hüquqları Məhkəməsi illərdir ki, Laçında yaşamış məcburi köçkünlərin işinə baxır. Əmlaklarının məhv edilməsinə görə Avropa Məhkəməsinə müraciət edən laçınlılar, bu dəfə daha ümidli görünür.
“Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı aparılmış məhkəmə prosesi barədə məcburi köçkün olan Fəxrəddin Paşayev Modern.az-a açıqlama verib.
O, məsələnin 2015-ci ildə həllini tapdığını, sadəcə, kompensasiya məsələsinin həll olunmadığını deyib.

“Biz Ermənistanı məhkəmədə udmuşuq. Məhkəmə Ermənistanın əleyhinə, bizim lehimizə qərar verib. Ermənistan qarşımızda cavabdehlik daşıyır. Məsələnin siyasi tərəfini udmuşuq.
Avropa Nazirlər Kabineti, Avropa İnsan Hüquqları məhkəməsinin icraedici orqanıdır. Əgər məhkəmə qərar verirsə, Ermənistan kompensasiyanı ödəməyə bilməz”.

Onun sözlərinə görə, bu ilin sentyabr ayında sənədlərin vaxtı bitib.

“Bu ilin iyun ayının 16-na qədər Ermənistana və bizə vaxt verilmişdi ki, razılığa gələk. Təbii ki, Ermənistanla necə razılığa gəlmək olar?! Mümkün olan məsələ deyil. Maddi təzminatın ödənilməsi (kompensasiya) haqqında sənədləri Avropa Məhkəməsinə təqdim etmişik. Onlar da bunu Ermənistana göndərib. Sentyabrın 16-na qədər Ermənistana vaxt verilmişdi ki, bunu cavablandırsın. Həmin vaxt da bitib. Çox güman ki, Ermənistan buna mənfi cavab verib”.

Namidə BİNGÖL
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed