Şrift:
ƏRDOĞANIN BAŞ MƏSLƏHƏTÇİSİ AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
25.10.2016 [13:03] - Köşə yazarları, Gənclik
Türkiyənin paytaxtı Ankarada təhsil alan bir qrup Azərbaycanlı ictimai fəal tələbələr bu ölkənin 63-cü hökümət kabinetinin Mədəniyyət və Turizm naziri olmuş, hal-hazırda isə Prezident Rəcəb Tayyib Ərdoğannın baş məsləhətçisi olan tanınmış siyasətçi Yalçın TOPÇU bəyi ziyarət ediblər. Bu haqda görüşü təşkil edən qardaş Türkiyədə fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi, tarixçi Cavid MÖVSÜMLÜ xəbər verərək bildirmişdir ki, Yalçın bəy tələbələri Azərbaycanın müstəqilliyinin elan edilməsinin 25-ci ildönümündə qəbul edərək öncəliklə onları və onların timsalında bütün Azərbaycanlıları “Dövlət Müstəqilliyi” günü münasibəti ilə təbrik etmiş, daha sonra isə onlarla Azərbaycan-Türkiyə münasibətlərinə dair görüşlərini bölüşmüşdür. Söhbət əsnasında Yalçın TOPÇU hər zaman, hər yerdə söylədiyi kimi bu dəfə də “Bütün Türk dünyası qardaşdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır” ifadəsini işlətmişdir.

Görüş əsnasında Cavid MÖVSÜMLÜ Yalçın TOPÇUYA bu ilin Aprel ayında Türk dünyasının mədəniyyət paytaxtı seçilən tarixi Şəki şəhərinin açılış mərasimində onun şəxsən tanış olduğu “Şuşa Şəhər Uşaq Rəqs” qrupunun üzvləri və müəllim heyyətinin göndərdikləri məktublarını çatdırdı. Yalçın bəy də öz növbəsində onlara şifahi salamlarını çatdıraraq, tezliklə onlarla Türkiyədə görüşəcəklərinə inandığını və Qarabağla bağlı istənilən mövzularda hər zaman diqqət və qayğı göstərilmənin önəmli olduğunu vurğuladı.

Sonda Azərbaycanlı tələbələr Azərbaycan səfirliyinin təhsil şöbəsinin təqdim ettiyi xatirə hədiyyəsini Yalçın bəyə təqdim edərək, xatirə şəkli çəktirdilər və Azərbaycan xalqı adından onun hər zaman Azərbaycana göstərdiyi diqqətindən dolayı təşəkkürlərini bildirdilər. Qeyd edək ki, Yalçın TOPÇU Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycan hər zaman Yalçın bəyin siyasi fəaliyyətində prioritet yer tutmuşdur. Son dönəmlərdə, xüsusilə də bəzi məqamlarda seçilərək istər Türkiyə, istərsə də Azərbaycanın gündəminə gəlmişdir. Özəlliklə 2016-cı ilin Fevral ayında Keçirilən Xocalı Soyqırımı konfransında Türkiyə parlamentarilərinə soyqırımın tanınması çağrışı, Aprel ayında 4 günlük savaş sonrası Cəbhə xəttini ziyarət etməsi, May ayında isə ulu öndər Heydər Aliyevin adını daşıyan Ankaradaki parkda tədbir zamanı çıxış edərkən Azərbaycan adına önəmli mesajları ilə hər iki ölkənin ictimaiyyətinin diqqətini cəlb etmişdir.

BAO.AZ - Türkiyə bürosu
Bu xəbər oxucular tərəfindən 1435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed