Şrift:
Hərbçilərin futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
08.03.2012 [18:50] - İdman
Hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, bununla əlaqadər AFFA-nın inzibati binasında bu gün baş katib Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOİK-in rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman Təşkilatının Baş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varol iştrak ediblər.
Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının bu il Azərbaycanda keçiriləcəyini qonaqların diqqətinə çatdırıb və hazırda ölkəmizdə mövcud olan, həmçinin inşası davam edən stadionlarla bağlı ətraflı məlumat verib.
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işləri ilə bağlı ətraflı məlumat aldıqlarını deyən qonaqlar, hərbçilərin futbol üzrə dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed