Şrift:
Zəncan Vilayəti: Millət vəkilləri Qurğuşun və sink zavodunun zəhərli tullantıları ilə bağlı Səhiyyə nazirinə müraciət edib
28.10.2016 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan şəhərində yerləşən qurğuşun və sink zavodunda (karxanə) əmələ gələn tullantıların əhalinin sağlamlığına təhlükə törətməsi məsələsi yenidən gündəmə gəlib.

Bu barədə Zəncan Vilayətinin 3 millət vəkili İranın Səhiyyə nazirinə məktub yazaraq zavodun zəhərli tullantılarının insan sağlamlığına təhlükə törətməsi ilə bağlı xəbərdarlıq ediblər.

“Qurğuşun və sink zavodu və istehsal müəssisələri tam olaraq şəhərə yapışıb, ona görə də bölgə, xüsusi ilə də Zəncan əhalisi və gələcək nəsillərin sağlamlığı üçün ciddi təhlükə yaranıb. Zavodun tullantılarının xərçəng xəstəliyinə səbəb olması elə bir həddə çatıb ki, hətta rəsmi şəxslər də səslərini qaldırıblar. Bu vəziyyət ölkənin şimal-qərb bölgəsini ciddi təhdid edir”- deyə millət vəkillərinin yazdığı məktubda qeyd olunub.

Məktub Xudabəndənin millət vəkili Əhməd Beygdeli, Zəncan və Tarımın millət vəkilləri Fridun Əhmədi və Əli Vəqfçi tərəfindən imzalanıb.

Millət vəkilləri sənaye obyetkinin Zəncan şəhərindən uzaq bir məntəqəyə köçürülməsini tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed